Veb saytların performansı və SEO baxımından optimallaşdırılması artıq sadəcə açar sözlər və kontent deyil, texniki detallarla da bağlıdır. Bu texniki detalardan biri də preload
texnologiyasıdır. Bu bloqda öyrənəcəyik:
Preload nədir?
Nə üçün istifadə olunur?
SEO-ya təsiri varmı?
WordPress saytında preload necə əlavə olunur?
<link rel="preload">
HTML tagı brauzerə siqnal verir ki, bu resurs tezliklə istifadə olunacaq və indidən yüklənsin. Bu resurs bir şəkil, font, video, ya da script ola bilər.
Hero image: Ana səhifənin yuxarısındakı başlıq şəkli
Fontlar: Google Fonts kimi xarici fontlar
Əsas JS/CSS faylları: Renderi bloklayan stil və script faylları
Preload öz-özünə SEO faktoru deyil. Amma:
Saytın yüklənmə vaxtını azaldır (sürət artır)
Google PageSpeed və Core Web Vitals göstəricilərini yüksəldir
Bu da dolayı yolla SEO performansını yüksəldir
Admin panelə daxil olun
Plugin üzərində “Custom Header Scripts” bolməsini tapın
Aşağıdakı kodu oraya əlavə edin:
header.php
faylı ilə (texniki biliklər varsa)
...
Diqqət: Mümkün olduqca child theme istifadə edin ki, tema yenilənməsində bu dəyişiklik silinməsin.
Resurs Tipi | Preload Etməyə Dəyər? |
---|---|
Hero Image | ✅ Bəli |
Google Fonts | ✅ Bəli |
Logo (ilk görünən) | ✅ Bəli |
Footer şəkilləri | ❌ Xeyr |
Lazy-load content | ❌ Xeyr |